"Napoli"nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya klubu ilə yeni müqavilə imzalamağa yaxındır.
Sportarena.az xəbər verir ki, bu barədə jurnalist Nikolo Şkira özünün “Tvitter” hesabında yazıb. Futbolçunun "Napoli" ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir. Tərəflər müqaviləni bir il uzatmağa yaxındırlar. Bundan sonra oyunçunun maaşı 1,1 milyon avrodan 3 milyon avroya yüksələcək.
Kvaratsxeliya bu mövsüm "Napoli"nin heyətində bütün turnirlərdə 38 oyuna çıxıb, 14 qol vurub, 16 qolun ötürməsini verib.
Qeyd edək ki, Neapol təmsilçisi bu mövsüm İtaliya çempionluğunu rəsmiləşdirib.