Futbol üzrə Latviya kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun komandası “Yonava” da bu turnirdə növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Klaypedos FM” ilə qarşılaşıb. Meydanı 0:3 hesablı məğlubiyyətlə tərk edən “Yonava” kubokda mübarizəni dayandırıb.
Nurlan bu matça start heyətdə çıxıb və sonadək mübarizə aparıb.