"Mançester Yunayted"dən "Yuventus"a

15:27 7 May 2023

"Mançester Yunayted"in hücumçusu Meyson Qrinvud "Yuventus"a keçə bilər.

 

Sportarena.az "The Sun"a istinadən xəbər verir ki, Turin klubu futbolçunun "Mançester Yunayted"dəki qeyri-müəyyənliyindən yararlanmaq və ona yenidən yüksək səviyyədə oynamaq imkanı təklif etmək istəyir.

 

"Yuventus" rəsmiləri inanırlar ki, "qırmızı şeytanlar"ın keçmiş yarımmüdafiəçisi Pol Poqba 21 yaşlı ingilisin transferində mühüm rol oynaya bilər. İtaliya klubu gələn yay futbolçunu icarəyə götürməyə çalışacaq.

 

2022-ci ildə Qrinvud zorlama və keçmiş rəfiqəsini döyməkdə günahlandırılsa da, 2023-cü ildə ondan bütün ittihamlar götürülüb, lakin “Mançester Yunayted” vəziyyətlə bağlı daxili araşdırmaya başlayıb. Futbolçunun "Mançester Yunayted"lə hazırkı müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.


Digər xəbərlər

Xəbər xətti