"Barselona" rəhbərliyi yarımmüdafiəçi Frenkie de Yonq və qapıçı Mark-Andre ter Ştegendən maaşlarının azaldılmasını istəyib.
Sportarena.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb. Kataloniya təmsilçisi bu yolla klubun maliyyə vəziyyətini normallaşdırmaq istəyir.
Qeyd edək ki, "Barselona"ya La Liqada bu mövsümün çempionluğu üçün 2 xal lazımdır.