“Çelsi”nin baş məşqçisi Frenk Lempard müdafiəçi Tyaqo Silva haqda fikirlərini bölüşüb.
Sportarena.az “Goal”-a istinadən xəbər verir ki, o, Tyaqonun öz üzərində işlədiyini söyləyib:
“O, hər mövzuda tərifə layiq biridir. Əla və parlaq futbolçudur. Durmadan öz üzərində işləyir. Ağıllıdır, qalib insan zehniyyətinə malikdir. Son vaxtlar bir az əziyyət çəkir.
Tyaqo hazırda heyətimizdə yer alan gənc mərkəz müdafiəçiləri üçün əla nümunədir. Onun haqda yalnız xoş fikirlər səsləndirə bilərəm”.
Braziliyalı 2020-ci ildən London klubunda çıxış edir. Silvanın klubla müqaviləsi 2024-cü ilin iyununa qədər nəzərdə tutulub.
Cari mövsümdə o, “zadəganlar”ın heyətində bütün turnirlər daxil olmaqla 32 oyuna çıxıb, 2 məhsuldar ötürmə edib, iki dəfə sarı vərəqə alıb.