"Real" - "Mançester Siti" oyunu üçün hakim təyinatları

16:50 7 May 2023

Çempionlar Liqasının yarımfinalında keçiriləcək "Real" - "Mançester Siti" ilk oyunu üçün hakim təyinatları müəyyənləşib.

 

Sportarena.az UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Portuqaliya Futbol Federasiyasından Artur Soareş Diaş idarə edəcək. Ona Paulu Soareş, Pedri Ribeyru köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Daniele Orsato yerinə yetirəcək.

 

Qeyd edək ki, mayın 9-u keçiriləcək "Real" - "Mançester Siti" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti