“Real”ın qapıçısı Tibo Kurtua İspaniya kubokunun “Osasuna” ilə final qarşılaşmasını (2:1) dəyərləndirib.
Sportarena.az “Marca”-ya istinadən xəbər verir ki, belçikalı qolkiper, paytaxt təmsilçisində hamının baş məşqçi Karlo Ancelottidən razı olduğunu vurğulayıb:
“La Liqada yaxşı çıxış etmirik. Buna görə baş məşqçini günahlandırmaq çox asandır. Ancaq öncə özümüzə baxmalıyıq. İspaniya çempionatında keçirilən matçlarda heç də yaxşı oynamırıq. “Real”da hamı Ancelottidən razıdır”.