İsveçrə Superliqasında 32-ci turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun çıxış etdiyi "Qrasshopper" doğma meydanda "Servett"i qəbul edib. Matç 2:2 hesabı ilə yekunlaşıb.
Matça start heyətində başlayan Renat 7-ci dəqiqədə məhsuldar ötürmə ilə yadda qalıb. Qarşılaşmanın 39-cu dəqiqəsində isə sarı vərəqə ilə cəzalandırılan millimizin üzvü fasilədən sonra əvəzlənib.
Qeyd edək ki, son iki matçda Renat ehtiyat oyunçular skamyasında qalıb və matçın gedişində meydana daxil olub.