Türkiyə Super Liqasında 33-cü turun oyunları keçirilir.
Sportarena.az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.
“Ümraniyəspor” “Sivasspor”u böyük hesabla məğlub edib. Dörd qolun vurulduğu “Konyaspor” – “Kayserispor” oyununda qalib müəyyənləşməyib. “Fənərbaxça” da “Girəsunspor”la səfər matçından xal itkisi ilə ayrılıb.
Türkiyə Super Liqası
33-cü tur
7 may
Ümraniyəspor – Sivasspor 4:1
Qol: U.Nayir, 7; 23-pen; 76. Kayode, 90+1 – Qradel, 34.
Konyaspor – Kayserispor 2:2
Qol: U.Yazğılı, 48. S.Dikmen, 55 – M.Kardozo, 46; 52.
Girəsunspor – Fənərbaxça 1:1
Qol: Bayiç, 68 – Batşuayi, 20-pen.