“Zenit” Rusiya çempionu olub

13:00 8 May 2023

“Zenit” Rusiya Premyer Liqasının 26-cı turunun matçında Moskva “Spartak”ını məğlub edərək (3:2) vaxtından əvvəl Rusiya çempionu olub.

 

Sportarena.az xəbər verir ki, SSRİ çempionatlarını da nəzərə alsaq, bu komandanın 10-cu tituludur.

 

“Zenit” mövsümün sonuna kimi “Krasnodar”, “Orenburq”, “Soçi” və “Fakel” ilə matçlara çıxacaq.

 

Qeyd edək ki, Sankt-Peterburq təmsilçisinə Sergey Semak başçılıq edir.


Digər xəbərlər

Xəbər xətti