“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola İlkay Gündoğanın komandada qalmasını istəyir. Almaniya millisinin türk əsilli yarımmüdafiəçisinin yayda komandadan ayrılması ehtimalı barədə danışarkən ispna məşqçi belə deyib.
Sportarena.az xəbər verir ki, Qvardiola təcrübəli futbolçunu itirmək istəmir:
“Klub onun haqqında nə düşündüyümü bilir. Mən İlkayla işləməyə davam etmək istəyirəm. Qərarı klub və oyunçu verəcək. Mənim rəyim bəllidir, indi tərəflər imkanları müzakirə edərək razılıq əldə etməlidir”.
Xatırladaq ki, yayda azad agentə çevriləcək Gündoğan 2016-cı ildən “Mançester Siti”dədir. 32 yaşlı yarımmüdafiəçinin tezliklə “Barselona”ya yollanmaq variantı var.