Bu gün Azərbaycanın daha üç cüdoçusu Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
Sportarena.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən Avropa çempionu Orxan Səfərov 1/16 final mərhələsində Ahmed Abdelrahman (Misir)/Daikli Bouba (Fransa) cütünün qalibi ilə üz-üzə gələcək.
Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva 1/16 finalda Sofia Fiora (Argentina)/Cenifer Eriyen (Haiti) duelinin güclüsü ilə, eyni çəkidəki Aydan Əliyeva 1/32 finalda Erza Muminovyo (Kosova) ilə görüşəcək.
Qeyd edək ki, Azərbaycan dünya çempionatında 13 cüdoçu ilə təmsil olunur. Daha əvvəl 60 kq-dakı Balabəy Ağayev ilə Turan Bayramov, 48 kq-dakı Leyla Əliyeva və Könül Əliyeva turniri medalsız başa vurublar. Yarış mayın 14-də başa çatacaq.