“Roma” Andrea Belotti ilə yeni müqavilə imzalamaqda maraqlı deyil. Gələn ay anlaşması bitəcək 29 yaşlı hücumçu klubu tərk edəcək.
Sportarena.az xəbər verir ki, Belotti son anadək paytaxt klubundan yeni təklif gözləmək niyyətindədir. İstəyi reallaşmasa, o, A Seriyasının digər klublardan birinə keçəcək. Bir neçə klub bu hücumçu ilə maraqlanır, əsas müştəri isə yenidən İtaliya futbolunun elitasına qayıdan “Cenoa”dır.
7 il “Torino”da oynadıqdan sonra cari mövsümün əvvəlində “Roma”ya keçən oyunçu azad agentə çevriləcək. Belə ki, yalnız “canavarlar” istədiyi təqdirdə hazırkı anlaşmanın daha iki illik uzadılması mümkündür.