De Xea “Mançester Yunayted”in tarixinə düşdü

16:28 8 May 2023

David De Xea “Mançester Yunayted”in tarixinə düşdü. İspan qapıçı dünən “Vest Hem”ə qarşı Premyer Liqa matçına çıxmaqla rekorda imza atdı.

 

Sportarena.az xəbər verir ki, bu matçadək Aleks Stepney ilə şərik olan De Xea artıq “qırmızı şeytanlar”ın formasını ən çox geyən qapıçıdır. O, 540 matçda “Mançester Yunayted”in qapısını qoruyub.

 

1966-78-ci illərdə 539 matçda oynamış oynamış Stepneydən fərqli olaraq, David bu göstəriciyə çatmaq üçün cəmi 12 il sərf edib. 2011-ci ilin yayından İngiltərədə olan ispana indi əvvəlki dövrlərlə müqayisədə matç sayının daha çox olması yardım edib.

 

Xatırladaq ki, mövsümün sonunda De Xeanın mançesterlilərlə müqaviləsi bitir və tərəflər hələ də onun müddətni uzatmaq barədə razılığa gəlməyib.


Digər xəbərlər

Xəbər xətti