Neymar PSJ-dən ayrılacağı təqdirdə karyerasını yalnız İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportarena.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Məlumata görə, yalnız İngiltərə Premyer Liqasının klubları hücumçunun transfer haqqını ödəyə bilər.
“Çelsi”nin sahibi Todd Bouli PSJ prezidenti Nasser Əl-Xəlaifi ilə braziliyalı hücumçunun London klubuna keçməsi ehtimalı ilə bağlı danışıb.
Qeyd edək ki, Neymar 2017-ci ildən PSJ-də oynayır. Klub onu satmaq və ya icarəyə vermək istəyir.