Lənkəran təmsilçisinin fırıldağı Region Liqasını qarışdırdı

11:14 8 May 2023

“Xəzər Lənkəran 42” və “Marxal” arasında keçirilməli olan Region Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşması təxirə salınıb. Görüş öncədən nəzərdə tutulduğu kimi, mayın 7-də, saat 15:30-da baş tutmayıb.

 

Sportarena.az xəbər verir ki, buna səbəb 1/4  final mərhələsinin ilk oyununda baş verən hadisədir. Cənub klubu “Marxal”la səfər qarşılaşmasında çempionatın əsasnaməsini pozub, meydana 2 “lipa” buraxıb.

 

Şəkidəki görüşdə 1:3 hesabıyla uduzan “ağ-yaşıllar” peşəkar status daşıyan Elvin Mirzəyevlə İlyas Səfərzadənin xidmətindən istifadə edib.

 

Belə ki, Sportinfo.az saytı araşdırıb ki, ötən mövsüm “Xan Lənkəran”ın formasını geyinən bu oyunçular 2022-ci ilin yanvarında Tacikistana yollanıb və əsas liqada çıxış edən “Fayzkand”ın formasını geyinib.

 

“Xəzər Lənkəran”ın yetirmələri bir müddət öncə Asiya təmsilçisindən ayrılıb və vətənə qayıdıb. Region Liqasının əsasnaməsinə görə, çempionatda peşəkar statuslu futbolçular çıxış edə bilməz. İştirak ərizəsinə daxil edilən oyunçunun ən yaxşı halda son 1 ildə peşəkar klubda forma geyinməməsi tələb olunur. Elvinlə İlyas isə cəmi 4 ay öncə Tacikistandan geri dönüb.

 

Artıq AFFA məsələ ilə bağlı araşdırmaya başlayıb. Hər iki kluba oyunun təxirə salınması haqda məlumat verilib.

 

Həmçinin həmin oyunçular yarışın 1/8 final mərhələsində “Ağsu 06” ilə qarşılaşmalarda da meydana çıxıblar.


Digər xəbərlər

Xəbər xətti