Dünya ulduzu Maykl Essyen "Sabah" - "Beşiktaş" oyunu ilə bağlı çağırış edib.
Sportarena.az xəbər verir ki, karyerası ərzində "Milan", "Real Madrid", "Çelsi" kimi dünya nəhənglərinin formasının geyinmiş veteran futbolçu bu barədə öz instagram hesabında post paylaşıb.
2019-cu il ölkəmizdə qısa müddət "Səbail"in şərəfin qorumuş qanalı legioner postunda izləyicilərinə bu sözlərlə səslənib:
"Türkiyədə baş verən zəlzələdə zərər çəkmiş insanlara vəsait toplamaq üçün Bakıda yoldaşlıq oyunu keçiriləcək. Zəhmət olmasa iştirak edin və dəstək olun".
Qeyd edək ki, "Sabah" - "Beşiktaş" arasında keçiriləcək yoxlama görüşü 13 mart, 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Xatırladaq ki, qarşılaşmadan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdə zərər çəkmiş insanlara yardım üçün göndəriləcək.