Portuqaliya millisinin müdafiəçisi Joao Kanselu "Barselona"ya keçə bilər.
Sportarena.az "sport.es"ə istinadən xəbər verir ki, "Mançester Siti"nin 28 yaşlı futbolçusu hazırda icarə əsasında "Bavariya"da çıxış edir.
Kanselo "Mançester Siti"yə qayıtmaq istəmir. O, Münhendə də qalmaq fikrində deyil. Ona görə də, o, "Barselona"ya keçmək haqda düşünür. Futbolçunun agenti Xorxe Mendes mümkün keçidi müzakirə etmək üçün Barselonaya yollanıb.