arımfinalın ilk oyunlarının hakimləri açıqlandı

20:50 8 May 2023

UEFA Çempionlar Liqasında (ÇL) yarımfinal mərhələsinin ilk oyunlarının hakimləri açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, İspaniyada “Real”la “Mançester Siti” arasında keçiriləcək oyunu portuqaliyalı Artur Dias idarə edəcək. Ona həmyerliləri Paulo Soares və Pedro Ribeyro köməklik göstərəcək. Dördüncü hakim italiyalı Daniele Orsato olacaq.

 

İtaliyada “Milan” və “İnter” komandalarının qarşılaşması isə ispaniyalı Xesus Hil Mansanoya tapşırılıb. Ona Dieqo Barbero və Anxel Nevado Rodriges yardımçı olacaq. Dördüncü referi Xose Sançesdir.

 

“Real” – “Mançester Siti” qarşılaşması mayın 9-da, “Milan” – “İnter” matçı mayın 10-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti