“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 33-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Sportarena.az xəbər verir ki, o, 0:3 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Bilirdik ki, ağır oyun olacaq. Rəqib çempionatın vahid lideridir. Komanda olaraq layiqli mübarizə aparmağa çalışırdıq. Uğurlu nəticə ilə meydançadan ayrılmağa çalışırdıq. “Qarabağ” bu gün ən yaxşı oyunlarından birini oynadı.
Gəlin, rəqibi nəzərə alaq və elə danışaq. “Qarabağ” imkan verdiyi qədər hücum edə bildik. Oyunu daha çox öndə qurmağı planlaşdırırdıq. Rəqib məcbur etdi ki, cərimə meydançamızda oynayaq.
Siz mənim üzümdə həyəcan hiss edirsinizsə, komandada da vəziyyət eynidir. Mən həyəcanlı birinə oxşayıram? Niyə indidən kubok matçına köklənək? Həmin oyuna hələ var. Futbolçularıma inanıram. Qarşıda çempionat oyunları bizi gözləyir”.