Türkiyə Super Liqasında 33-cü tura yekun vurulub.
Sportarena.az xəbər verir ki, bu gün daha 2 görüş baş tutub.
Lider “Qalatasaray” evdə “Başakşəhər”i tək qolla yenib. Son çempion “Trabzonspor” isə “Ankaragücü” üzərində inamlı qələbəyə sevinib.
Hazırda 73 xalı olan “Qalatasaray” vahid liderdir. Sonrakı iki pillədə 68 xala malik “Fənərbaxça” və “Beşiktaş” komandaları qərarlaşıblar. “Adana Dəmirspor” 60, “Başakşəhər” 51, “Kayserispor” 49, “Trabzonspor” 48 xal toplayıb.
Türkiyə Super Liqası
33-cü tur
8 may
Qalatasaray – Başakşəhər 1:0
Qol: İkardi, 45+8-pen.
Trabzonspor – Ankaragücü 2:0
Qol: U.Bozok, 45+1; 62.