A Seriyasını tərk edəcək ilk komanda bəlli oldu

10:18 9 May 2023

İtaliya A Seriyasında 34-cü tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, bu gün daha 3 görüş baş tutub.

 

“Sassuolo” – “Bolonya” matçında qalib müəyyənləşməyib. “Empoli” doğma meydanda “Salernitana”ya, “Udineze” isə “Sampdoriya”ya qalib gəlib.

 

Bu nəticələrdən sonra “Sampdoriya”nın elitanı tərk edəcəyi dəqiqləşib. Hazırda 17 xalla sonuncu pillədə qərarlaşmış bu komanda qalan oyunlarında qələbə qazansa belə, elitada qalmayacaq.

 

Hazırda 83 xala malik “Napoli” vahid liderdir. “Yuventus” 66 xalla ikinci, “Latsio” 64 xalla üçüncü pillədə qərarlaşıb. “İnter”in 63, “Milan”ın 61, “Atalanta” ilə “Roma”nın 58 xalı var.

 

İtaliya A Seriyası

34-cü tur

8 may

Empoli – Salernitana 2:1

Qol: Kambyaqi, 38. Kaputo, 63 – Pyontek, 85.

 

Udineze – Sampdoriya 2:0

Qol: Pereyra, 9. Masina, 34.

 

Sassuolo – Bolonya 1:1

Qol: Berardi, 15 – N.Dominqes, 42.


Digər xəbərlər

Xəbər xətti