Rekordçu məşqçi qalmağa qərar verdi

13:21 9 May 2023

“Tottenhem”in baş məşqçi postuna namizəd sayılan Vensan Kompani Londona köçməyəcək. Belçikalı mütəxəssis hazırkı klubunda qalmağa qərar verib.

 

Sportarena.az xəbər verir ki, 37 yaşlı çalışdırıcı “Bernli” ilə müqaviləsinin müddətini 2028-ci ilin yayınadək uzadıb. O, ötən yaydan çalışdırdığı komandanı Premyer Liqada da uğurlara daşımağa çalışacaq.

 

Xatırladaq ki, “Bernli”ni Çempionşipdə erkən çempion edən mütəxəssis komandanın elitaya qayıdışında müstəsna rol oynayıb. Jompaninin qurduğu komanda hazırda 46 oyuna 101 xal toplayıb ki, bu da klub rekordudur.


Digər xəbərlər

Xəbər xətti