"Əl-Nəsr"in futbolçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının 26-cı turunda "Əl-Halec"lə görüşdən sonra rəqib klubun əməkdaşına qarşı kobudluq edib.
Sportarena.az xəbər verir ki, 38 yaşlı forvard oyun başa çatandan sonra qonaq komandanın futbolçuları ilə söhbətləşib. Ronaldo onlardan birinə öz formasını hədiyyə edib.
Kriştiano meydandan getmək istəyəndə "Əl-Halec"in bir əməkdaşı ona yaxınlaşıb, qucaqlayaraq şəkil çəkdirmək istəyib. Bu vaxt portuqaliyalı forvard onu itələyib.
Qeyd edək ki, sözügedən matç 1:1 hesabı ilə başa çatıb.