"Real Madrid" - "Mançester Siti" matçında sülh - YENİLƏNİB + VİDEO

09:51 10 May 2023

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib.

 

Turnirin son qalibi olan İspaniya "Real Madrid"i finala gedən yolda İngiltərənin "Mançester Siti" komandasını qəbul edib. "Santyaqo Bernabeu" stadionunda oynanılan görüş bərabərə qurtarıb -  1:1.

 

Komandalar arasında cavab oyunu mayın 17-də keçiriləcək.

 

UEFA Çempionlar Liqası

Yarımfinal, ilk oyun

9 may

"Real Madrid" (İspaniya) 1:1 "Mançester Siti" (İngiltərə) (yekun)

Qol: Vinisius Junior, 36 - De Bruyne 67

Baş hakim: Artur Diaş (Portuqaliya)

Madrid, "Santyaqo Bernabeu" stadionu

 

Qeyd edək ki, yarımfinalın digər matçında İtaliya təmsilçiləri "Milan" və "İnter" qarşılaşacaqlar. Görüş mayın 10-da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti