PSJ-nin hücumçusu Lionel Messi Səudiyyə Ərəbistanından rekord məbləğdə təklif alıb.
Sportarena.az "L'Équipe" nəşrinə istinadən xəbər verir ki, bu, argentinalı hücumçu üçün göndərilən yeganə təklifdir. Sözügedən müqavilə 600 milyon avro məbləğində iki mövsüm üçün nəzərdə tutulub.
Transferin Messinin Səudiyyə Ərəbistanına planlaşdırılmamış səfəri zamanı da müzakirə edildiyi vurğulanır.
Bildirilib ki, 35 yaşlı oyunçunun özü üçün Avropadan göndərilən təkliflər prioritetdir, çünki o, 2024-cü ildə Amerika Kubokuna qədər ən yüksək səviyyədə oynamağa davam etmək istəyir.
"Barselona"ya qayıtmaq potensial variantdır, lakin bu gediş maliyyə vəziyyətinə görə Kataloniya təmsilçisi üçün çox problemlidir.
Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 20 qol vurub və 19 qolun ötürməsini verib.