Qvardiola: "Real"dan qisas almaq istəmirik"

16:29 9 May 2023

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının yarımfinalında "Real"a qarşı keçirəcəkləri ilk matç barədə danışıb.

 

Sportarena.az UEFA-nın saytına istinadən xəbər verir ki, mütəxəssis ötən mövsüm yarımfinalda Madrid təmsilçisinə uduzduqlarını (1:3, 4:3) xatırlayıb və bu gün qisas almaq niyyətində olmadıqlarını deyib:

"Biz qisas almaq istəmirik. Artıq Çempionlar Liqasını qazanmaq istəyirik. Bizə sadəcə stabil çıxış etmək lazımdır. Yalnız Çempionlar Liqasını qazanmağa köklənsəniz. uduzanda heç nəyiniz qalmayacaq. Çünki "Real" davamlı oalraq bu turnirdə qalib gəlir. Biz də məqsədimizə çatmağa çalışacağıq". 

 

Qeyd edək ki, bu gün "Sntyaqo Bernabeu"da keçiriləcək “Real” – “Mançester Siti” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Bu komandalar arasında cavab oyunu mayın 17-də keçiriləcək. 


Digər xəbərlər

Xəbər xətti