“Real”ın baş məşqçisi Karlo Ançelotti Luka Modriçin “Mançester Siti”yə qarşı Çempionlar Liqası matçında oynaya biləcəyini təsdiqləyib.
Sportarena.az Madrid klubunun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis, xorvat futbolçunun öz işinin öhdəsindən gələcəyini deyib:
“Meydançanın mərkəzində hər şey aydındır: Modriç oynayacaq… Və başqaları. Luka yaxşıdırsa, oynayır və heç bir problem olmadan işinin öhdəsindən gələ bilər”.
Modriç aprelin 25-də, La Liqanın “Jirona” ilə matçında ombasından zədə almışdı. “Real”ın 37 yaşlı yarımmüdafiəçisinin 4 həftəyə qədər oynamayacağı deyilirdi. Amma o, daha tez sağalıb və İspaniya kubokunun “Osasuna” ilə final oyununda meydana 82-ci dəqiqədə, Toni Kroosu əvəzləyərək daxil olub.
Madrid klubu “Mançester Siti” ilk yarımfinal matçını mayın 9-da, “Santyaqo Bernabeu”da keçirəcək. Oyun saat 23:00-da başlayacaq.