“Yuventus”un futbolçusu əməliyyat edildi

19:26 9 May 2023

İtaliyanın “Yuventus” klubunun müdafiəçisi Mattia de Şilyo əməliyyat olunub.

 

Sportarena.az xəbər verir ki, futbolçu dizindən əməliyyat edilib.

 

De Şilyo mayın 3-də, “Leççe” ilə oyunda zədələnmişdi. Həkimlər ona dizdə çarpaz bağın yırtılması diaqnozu qoymuşdular.

 

Futbolçu tezliklə uzun reabilitasiya prosesinə başlayacaq.

 

30 yaşlı de Şilyo bu mövsüm bütün yarışlar çərçivəsində 25 oyuna çıxıb.


Digər xəbərlər

Xəbər xətti