Pioli Milan derbisi haqda

20:49 9 May 2023

"Milan"ın baş məşqçisi Stefano Pioli Çempionlar Liqasının yarımfinalında "İnter"ə qarşı keçirəcəkləri ilk matç barədə danışıb.

 

Sportarena.az İtaliya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis rəqibin güclü komanda olduğunu, qələbə üçün əllərindən gələni edəcəklərini bildirib: 

“Çempionlar Liqasında əla yoldayıq. Haradan başladığımızı və hara getmək istədiyimizi bilirik. Biz hər şeyin ən yaxşısını etmək istəyirik. Diqqətli və sakit davranmalıyıq. Komanda işi lazımdır ki, hamımız birlikdə mübarizə aparaq, oynayaq və sevinək. Fİnala yüksəlmək üçün inanılmaz bir iş görməliyik. Buna çalışacağıq. “İnter” həmişə balanslı oynadığından, sabahkı matça yaxşı hazırlaşmalı, sonra cavab oyunu barədə düşünməliyik.  Bu, bizə hər baxımdan ən yüksək səviyyədə oynamağa kömək edəcək”.

 

Mütəxəssis zədəli futbolçusu Rafael Leaunun sözügedən matçda iştirak edib-etməyəcəyinə də toxunub:

“Bacarsa, oynayacaq. Bu, mümkün olmasa, Leau heç ehtiyat oyunçular skamyasında da yer almayacaq. Hər şey sabah səhər müəyyənləşəcək".

 

Qeyd edək ki, sabah keçiriləcək "Milan" - "İnter" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Digər xəbərlər

Xəbər xətti