"Qarabağ"ın prezidenti Tahir Gözəl əvəzedici komandanın üzvü Şirxan Həsənzadənin vəfatı ilə bağlı danışıb.
Sportarena.az xəbər verir ki, T.Gözəl klubun mətbuat xidmətinə açıqlamasında onun yaxınlarına və eləcə də bütün futbol ictimaiyyətinə başsağlığı verib:
"Gənc futbolçumuz Şirxan Həsənzadənin ölüm xəbəri məni çox məyus etdi. Hadisə baş verən gündən Şirxan Həsənzadəni diqqətdə saxlayırdıq. Mən də Şirxanın durumu ilə mütəmadi maraqlanırdım. Təəssüf ki, ötən gün acı xəbər aldıq. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. O, gənc yaşda aramızdan ayrılır. “Qarabağ” ailəsi olaraq çox kədərliyik. Şirxanın ailəsinə, qohumlarına, yaxınlarına, azarkeşlərimizə və bütün futbol ictimaiyyətinə başsağlığı verirəm. Allah ona rəhmət eləsin, yeri cənnət olsun".
Qeyd edək ki, ötən ay məşqdə isinmə hərəkətləri zamanı huşunu itirən Ağdam təmsilçisinin futbolçusu Şirxan Həsənzadə dünən dünyasını dəyişib.