Ötən ilin sonunda xizək sürərkən ayağını sındıran "Bavariya"nın qapıçısı Manuel Noyer bu gün meydanda ilk məşqinə çıxıb.
Sportarena.az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb. Daha əvvəl 37 yaşlı qolkiperin iyulda Münhen təmsilçisinin ümumi qrupuna qayıda biləcəyi bildirilirdi.
Almaniya mətbuatı yazıb ki, "Bavariya"nın baş məşqçisi Tomas Tuhel növbəti mövsümdə əsas qapıçı kimi Noyeri görür.