“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets Kataloniya komandasını tərk edəcək.
Sportarena.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano tviterdə məlumat verib.
Mənbənin məlumatına görə, “Barselona” futbolçunun gedişini mayın 10-da açıqlayacaq. Qeyd olunub ki, Buskets MLS klubuna keçə və ya karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirə bilər. Onun klubla müqaviləsi bu mövsümün sonunda başa çatır.