“Mahir kimi oynamayan futbolçudansa…”

12:40 10 May 2023

Zaqreb “Dinamo”sunun sabiq baş məşqçisi Ante Çaçiç Azərbaycan millisinin futbolçusu Mahir Emrelini qış fasiləsində komandadan göndərməsinin səbəbini açıqlayıb.

 

Sportarena.az saytı Xorvatiya mətbuatına istinadən xəbər verir ki, 70 yaşlı mütəxəssis bunu hücumçunun klubda çox şans qazanmaması ilə əlaqələndirib.

 

Çaçiç hesab edir ki, Emrelinin əvəzinə yerli gənclərin ehtiyatda oturması Xorvatiya futbolu üçün daha yaxşıdır:

“Mahir Emreli, Antonio Marin kimi oynamayan futbolçulardansa, yeniyetmələri ehtiyat skamyada otuzdurub, atmosferi hiss etmələrinə şərait yaratmaq daha faydalıdır. Belədə komandanın çempionatdakı iddiası da azalmaz”.

 

Xorvatiyalı məşqçi azərbaycanlı forvardın Türkiyə klubu “Konyaspor”a icarəyə verilməsini doğru addım hesab edir:

“Mövsümün əvvəlində və qış fasiləsində bəzi futbolçuları özüm bilərəkdən komandadan göndərdim. Buna Antonio Marin, Niko Yankoviç, Daniel Stefulj kimi gənclər də daxildir. Məsələn, Mahir Emrelinin mövsümün ikinci yarısını Türkiyədə keçirməsi daha yaxşıdır. Görək, gələn mövsüm avrokuboklarda “Dinamo”da olacaq, ya yox”.

 

Qeyd edək ki, Mahir Emreli mövsümün sonuna qədər “Konyaspor”a icarəyə verilib. “Dinamo”nun hazırkı baş məşqçisi İqor Biscan yayda onu komandaya qaytarmağı planlaşdırır.


Digər xəbərlər

Xəbər xətti