Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulub.
Sportarena.az xəbər verir ki, bu raundun ikinci matçında İtaliya “Milan”ı eyni şəhərin “İnter” klubunu qəbul edib.
"San Siro" stadionundakı görüşü qonaqlar qazanıb - 0:2.
Komandalar arasında cavab matçı mayın 16-da eyni şəhərin eyniadlı stadionunda keçiriləcək.
UEFA Çempionlar Liqası, yarımfinal
İlk oyun
5 may
23:00. "Milan" (İtaliya) 0:2 "İnter" (İtaliya) (yekun)
Qol: Edin Ceko, 8, Henrix Mxitaryan, 11
Baş hakim: Xesus Xil Mansano (İspaniya)
Milan, "San Siro" stadionu
Qeyd edək ki, yarımfinalın ilk oyununda İspaniya "Real Madrid"i öz meydanında İngiltərənin “Mançester Siti”si ilə heç-heçəyə razılaşıb – 1:1.