Haalandın atası VİP-tribunadan çıxarıldı - VİDEO

15:33 10 May 2023

"Mançester Siti"nin futbolçusu Erlinq Halandın atası Alf-İnqe Halandla "Real"azarkeşləri arasında gərgin anlar yaşanıb.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Çempionlar Liqasının yarımfinal mərhələsinin Madrid klubu ilə “Mançester Siti” arasında keçirilən ilk matçda (1:1) baş verib. O, oğlunun gözlənilən oyunu sərgiləmidiyi görüşdə əsəblərinə hakim olmayıb. Alf-İnqe Haland "Real"ın azarkeşlərini təhqir edib və onlara yemək atıb.

 

Sosial mediada yayılan görüntülərdə Alf-İnqe "Real" azarkeşlərin "eşidə bilmirəm" mənasına gələn əl hərəkətləri edib. Madrid təmsilçisinin azarkeşləri bu zaman gülüb.  Baş verənlərdən sonra "Santyaqo Bernabeu"nun təhlükəsizlik işçiləri 50 yaşlı norveçlini stadionun VİP qutusundan çıxarıblar, başqa tribunaya göndəriblər. Bu vaxt "Real" azarkeşləri Alf-İnqeyə "sağ ol" deyə şüarlar səsləndiriblər.

 

Qeyd edək ki, E.Haland sözügedən qarşılaşmada qol və ya qol ötürməsi ilə yadda qalmayıb.


Digər xəbərlər

Xəbər xətti