“Beşiktaş” Bakıya əsas heyətlə gəlir

16:01 10 May 2023

“Sabah”la xeyriyyə matçında qarşılaşacaq “Beşiktaş” Bakıya əsas heyətlə gələcək.

 

Sportarena.az xəbər verir ki, İstanbul klubu ölkəmizdə komandaya olan diqqəti nəzərə alaraq hansısa futbolçunu Super Liqa matçları üçün qorumağı lazım bilməyib.

 

Təbii ki, kimlərin meydana çıxacağına, hansı futbolçunun neçə dəqiqə oynayacağına baş məşqçi Şenol Günəş qərar verəcək. Amma onun bütün ulduzlarını ölkəmizə gətirəcəyi dəqiqdir.

 

Türkiyə təmsilçisi Azərbaycan paytaxtına oyundan bir gün öncə – mayın 12-də gələcək. Komandanı gətirəcək təyyarə Bakı vaxtı ilə saat 16:00-da havaya qalxacaq. “Qara qartallar” “Hilton” hotelində məskunlaşacaqlar. Komanda oyundan dərhal sonra Türkiyəyə qayıdacaq.

 

“Sabah” da matça tam heyətlə hazırlaşa bilir. Komandada Zurab Oçiqava və Namik Ələskərovun yüngül zədəsi var, lakin onların da matç saatınadək sıraya qayıdacağı gözlənilir.

 

Qeyd edək ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq. Matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək. Qarşılaşma üçün nəzərdə tutulan biletlərin əksəriyyət indidən satılıb.


Digər xəbərlər

Xəbər xətti