Almaniyalı futbolçu 15 ildən sonra "Bayern"dən ayrılmaq istəyir

16:29 10 May 2023

Almaniya "Bayern"in futbolçusu Tomas Müller mövsümün sonunda klubdan ayrılmaq istəyir.

 

Sportarena.az "Bild" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu yeni baş məşqçi Tomas Tuxelin gəlişindən sonra az forma şansı əldə etdiyi üçün məyusdur.

 

Təcrübəli forvard karyerasını bitirmək istəmir və başqa komandaya keçməyə hazırdır.

 

Qeyd edək ki, Tomas Müller bu mövsüm Münhen təmsilçisində 37 oyuna çıxıb, 7 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun müqaviləsi 2024-cü ilin yayınadək qüvvədədir. Almaniyalı oyunçu 2008-ci ildən "Bayern"in əsas komandasında çıxış edir.


Digər xəbərlər

Xəbər xətti