Braziliya millisinin və İspaniyanın “Barselona” klubunun sabiq futbolçusu Dani Alveşin azadlığa buraxılmaq üçün son müraciəti qəbul olunmayıb.
Sportarena.az “Marca”ya istinadən xəbər verir ki, Barselona məhkəməsi 40 yaşlı müdafiəçinin tələbini rədd edib.
Alveş şəhəri tərk etməyəcəyinə dair söz versə də, onun məhkəməyə qədər həbsxanada qalması qərara alınıb. Məşhur futbolçunun vəkili indi də Barselona Apellyasiya Məhkəməsinə müraciət etmək üçün sənədləri hazırlayır.
Qeyd edək ki, Dani Alveş yanvarın 20-də cinsi təcavüzdə ittiham olunduğu üçün tutulub. Onu 4 ildən 12 ilə qədər həbs gözləyir.