"Şalke-2"də çıxış edən millimizin sabiq üzvü Rüfət Dadaşov Almaniyada klubunu dəyişib.
Sportarena.az xəbər verir ki, 31 yaşlı hücumçu Berlin "Dinamo"suna keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb. "Dinamo" Almaniyanın Şimal-Şərq Regional Liqasında mübarizə aparır.
Qeyd edək ki, Dadaşov 2017-2018 mövsümündə də "Dinamo"da çıxış edib və 29 oyuna 29 qolla komandanın bombardiri olub.