Serxio Buskets: “Hər şeyin bir sonu olur”

19:27 10 May 2023

Mövsümün sonunda “Barselona”dan ayrılacaq yarımmüdafiəçi Serxio Buskets bununla bağlı fikirlərini bölüşüb.

 

Sportarena.az xəbər verir ki, Kataloniya klubunun rəsmi saytına açıqlama verən kapitan bunları söyləyib:

“Barselona”lı olmaq mənim üçün şərəf və qürur mənbəyi idi. Lakin hər şeyin bir sonu olur. Getməyin zamanı gəlib. Bu yolda yanımda olan bütün insanlara, eləcə də azarkeşlərə təşəkkür edirəm”.

 

Buskets “Barselona”nın məzunudur. 2008-ci ildə əsas komandada debüt edən ispan futbolçu kataloniyalıların heyətində 718 oyun keçirib – bu, tarixin üçüncü ən yüksək göstəricisidir. O, bu görüşlərdə, 18 qol vurub və 45 məhsuldar ötürmə verib.

 

34 yaşlı yarımmüdafiəçi “Barselona” ilə 8 dəfə İspaniya çempionu, 7 dəfə ölkə kuboku və super kubokunu qazanıb, 3 dəfə Çempionlar Liqasının, UEFA super kubokunun və Klublararası dünya çempionatının qalibi olub.


Digər xəbərlər

Xəbər xətti