"Milan" Leau ilə müqaviləni uzatdı

22:26 10 May 2023

"Milan" futbolçusu Rafael Leau ilə müqaviləsini uzadıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb. 23 yaşlı hücumçu ilə 2028-ci ilin yayına qədər yeni sözləşmə imzalanıb. Futbolçunun maaşı mövsümdə 7 milyon avro olacaq. O, daha 2 milyonu isə bonus şəklində alacaq.

 

Qeyd edək ki, Leau bu mövsüm A seriyasında 32 oyuna çıxıb, 12 qol vurub və 7 qolun ötürməsini verib. 


Digər xəbərlər

Xəbər xətti