"İnter" qapıçısı Andre Onanaya qiymət qoyub.
Sportarena.az insayder Canluka Di Marzionun "Tvitter" səhifəsinə istinadən xəbər verir ki, Milan klubu kamerunlu qolkiperi 50 milyon avroya satmağa hazırdır.
"Mançester Yunayted" və "Çelsi" Onana ilə maraqlanır. Lakin indiyə qədər klublar arasında danışıqlar aparılmayıb.
Qeyd edək ki, Andre Onana ötən yay "İnter"ə pulsuz transfer olunub.