Çempionlar Liqası: Həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb

09:51 11 May 2023

UEFA Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.

 

Sportarena.az xəbər verir ki, bu ada İspaniyanın "Real Madrid" klubundan Vinisius Junior, İngiltərə "Mançester Siti"sindən Kevin De Bruyne və İtaliya "İnter"indən Nikola Barella ilə Henrix Mxitaryan iddia edir.

 

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə bəlli olacaq.


Digər xəbərlər

Xəbər xətti