“İnter” üçün əlamətdar derbi: “Milan”ı ilk dəfə məğlub etdi

10:18 11 May 2023

“İnter” bir mövsümdə 3 dəfə “Milan”ı məğlub etməyi bacardı. Bu, 1994/95 mövsümündən bu yana ilk belə haldır.

 

Sportarena.az xəbər verir ki, Milan derbisində qalib olan nominal qonaqlar həmçinin həmşəhərlilərini ilk dəfə avrokubokda yenməyi bacardı. İndiyədək 2 heç-heçə, 2 məğlubiyyət qeydə alınmışdı.

 

Dünən Çempionlar Liqasının ilk yarımfinal matçında səfər görüşündə qalib gələn (2:0) “neradzurra” rəqibin məğlubiyyətsiz oyunlar seriyasını qırdı, özü isə qələbə seriyasına davam edir. Ümumiyyətlə, “İnter” tarixi ərzində ilk dəfə ÇL-də keçirdiyi 11 matçın 7-də top buraxmayıb.

 

“İnter”in oyunçusu Federiko Dimarko cari yarışda 5-ci qol ötürməsini verdi. O, bununla 2003/24 mövsümündən bəri bu göstəriciyə çatan 4-cü müdafiəçi oldu. Daha öncə Dario Srna, Daniel Karvahal və Xordi Alba bunu bacarmışdı.


Digər xəbərlər

Xəbər xətti