“Liverpul” “Real”ın yarımmüdafiəçisi Orelyen Tçuameni ilə maraqlanır.
Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqa klubunun çalışdırıcısı Yurgen Klopp fransalı oyunçunu Mersisayd təmsilçisinin heyətində görmək istəyir.
Orelyen keçən ilin yayında “Monako”dan “kral klubu”na keçib.
O, cari mövsümdə Madrid təmsilçisinin heyətində 28 oyuna çıxıb və 4 məhsuldar ötürmə edib.