Argentina millisinin baş məşqçisi Lionel Skaloni PSJ-nin hücumçusu Lionel Messinin gələcək taleyi ilə bağlı fikirlərini bölüşüb.
Sportarena.az “Goal”-a istinadən xəbər verir ki, o, argentinalı forvardın növbəti dayanacağının millidəki mövqeyinə təsir etməyəcəyini söyləyib:
“Lionel özünü harada rahat hiss edəcəksə, ora getsin. Bu, onun yığmadakı mövqeyinə təsir etməyəcək. Əsas məsələ Messinin komanda yoldaşları və azarkeşlərlə münasibətinin yaxşı olmasıdır”.
Son dünya çempionunun PSJ ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir. Messinin karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcəyi gözlənilir.
Messi 2022/23 mövsümündə paytaxt təmsilçisinin heyətində bütün turnirlər daxil olmaqla 37 oyuna çıxıb, 20 qol vurub və 19 məhsuldar ötürmə edib.