“Arsenal” İspaniyanın “Valyadolid” klubunun müdafiəçisi İvan Fresneda ilə maraqlanır.
Sportarena.az “CaughtOffside”-a istinadən xəbər verir ki, London təmsilçisi 18 yaşlı futbolçunu transfer etmək üçün Almaniya “Borussiya”sı (Dortmund) ilə mübarizə aparacaq.
Dortmund klubu Fresnedanın keçidini reallaşdırmaq üçün Tomas Menyenı satmaq istəyir.
Fresneda cari mövsümdə “Valyadolid”in heyətində bütün turnirlər daxil olmaqla 22 oyuna çıxıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalına görə, oyunçunun bazar dəyəri 10 milyon avrodur.