Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sportarena.az xəbər verir ki, mayın 8-də keçirilməli olan “Record” – “Araz Naxçıvan” oyunu “Record”un təyin olunan vaxtda gəlməməsi səbəbindən baş tutmayıb.
Buna görə “Record”a 0:5 hesablı texniki məğlubiyyət verilib.
İntizam Komitəsinin bu qərarından sonra seriyada ikinci qələbəsini reallaşdıran “Araz Naxçıvan” finala vəsiqə qazanıb. Son çempion həlledici qarşılaşmada “Neftçi” İK ilə qarşılaşacaq.
Üçüncü yer uğrunda oyunda isə “Baku Fire” və “Record” komandaları qarşılaşacaqlar. Həlledici oyunlar mayın 15-də keçiriləcək.