Rudiger “Mançester Siti”ni qorxulu rəqib saymır

19:59 11 May 2023

“Real”ın mərkəz müdafiəçisi Antonio Rudiger Çempionlar Liqasında finala yüksələ biləcəklərini düşünür. O, “Mançester Siti”ni bir o qədər qorxulu rəqib saymır.

 

Sportarena.az xəbər verir ki, Almaniya millisinin üzvü Madriddəki ilk yarımfinal matçında qələbə qazana bilməmələrindən narahat deyil:

“Hesabı açdıq, sonra rəqib qol vurdu. Amma ingilislər çox gec qol vurduqlarından yenidən önə keçmək üçün vaxtımız çatmadı. Daha yaxşı işlər görə biləcəyimizin fərqinəyik. Yaxşı hazırlaşıb Mançesterə özümüzdən əmin halda yollanacağıq”.

 

Rudiger finalda oynayacaqlarını düşünür:

“Çox təhlükəl deyildilər. Topa çox sahib oldular, bunu əla bacarırlar, lakin qorxulu deyillər. Hədəfləri Kevin De Bruynenin mərkəzdə edə biləcəklərinə bağlıdır”.

 

Xatırladaq ki, “Real” indiyədək yarımfinalda ilk oyunda qalib gələ bilmədikləri zaman yalnız iki dəfə finala yüksəlib. Hər iki halda rəqib “Mançester Siti” olub.


Digər xəbərlər

Xəbər xətti